Müəllimin evi soyuldu

Müəllimin evindən 3000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb

Kürdəmirdə müəllimin evi soyulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kürdəmir sakini həmkəndlisinin evindən oğurluq etdiyi üçün həbs olunub. Kürdəmir rayon polis şöbəsindən verilən məlumata görə, Karrar kənd orta məktəbinin müəlliməsi İsmayılova Südabə Əhməd qızı işlədiyi məktəbdə dərsdə olan zaman evindən 3000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Karrar kənd sakini, 1990-cı il təvəllüdlü Vəliyev Maarif Mehrab oğlu saxlanılıb. O, oğurladığı pulu və qızıl-zinət əşyalarını polisə təhvil verib. Faktla bağlı Kürdəmir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31