Mingəçevirdə dəhşətli qəza, “Hundai” kanala düşdü, 3 nəfər öldü

Mingəçevirdə dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir-Yevlax yolunun 6-ci kilometrliyində 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğluna məxsus "Hyundai" markalı minik avtomobili su kanalına düşüb. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 sərnişin-1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu, 1990-cı il təvəvəllüdlü Beydiyev Xəyal Nazim oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər meyitlər isə əhali tərəfindən çıxarılaraq Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 01:50-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31