Gəmi yanır

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Suraxanı rayonunda limanda İrana məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş, təxminən, 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanır.  Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir. Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün tədbirlər görülür.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31