İran vətəndaşından 0,789 qram metamfetamin aşkar edilib
2 May 2013 14:10 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn İran vətəndaşı Rahmanı Gholamrezanın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bükümdə xalis çəkisi 0,789 qram metamfetamin aşkar edilib. Məlumatda o da bildirilir ki, metamfetam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" I Siyahısına daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31