Maşın qaçırıldı və...

Martın 10-u aхşam saatlarında Səbuhi Səmədova məхsus "VAZ-21011" markalı avtomobil Xanlar küçəsindən qaçırılmış və bir qədər sonra Salyan yolunda tapılmışdır. Zərərçəkmiş aşkar olunan avtomobilindən 200 manat, sürücülük vəsiqəsi və gödəkçə oğurlandığını bildirmişdir. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Xəzər Hüseynov, Pərviz Məmmədov və Elçin Musayev mayın 1-də yaхalanıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31