Kənd tamamilə yandı

Türkiyənin Kastamon vilayətinin Ahlat kəndi tamamilə yanıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  vilayət mərkəzindən 35 kilometr məsafədə yerləşən  kənddə yanğının meydana gəlməsinə səbəb evlərdən birinin elektrik sistemində baş vermiş qısaqapanma olub. Yanğın qısa müddət ərzində bütün kəndə yayılıb. Hadisə yerinə yanğınsöndürənlər gəlsə də, lakin baş vermiş yanğını qısa müddətdə söndürmək mümkün olmayıb. Nəticədə 11 ev və əkin sahəsi, eləcə də mal-qara saxlanılan axurlar tamamilə yanıb. Ümumilikdə yanğın nəticəsində Ahlat kəndinin yarısından çoxu külə dönüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31