Şabranda dəhşətli qəza, 2 nəfər öldü,bir nəfər yaralandı
1 May 2013 14:33 KriminalŞabranda dəhşətli yol qəzası baş verib. "OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, aprelin 30-da saat 22.30 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində Xaçmaz rayon sakini Nurəddin Əlimuradovun idarə etdiyi "Hyundai" markalı və Sumqayıt şəhər sakini Elton Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Bununla əlaqədar kömək məqsədi ilə oraya gəlmiş Mollakamallı kənd sakinləri Sahib Orucov, Nicat Babayev və Hüseynağa Hüseynov bu zaman hadisə yerindən keçən Bakı şəhər sakini Mehman Quliyevin idarə etdiyi "Toyota" markalı avtomaşınla vurulublar. Nəticədə H.Hüseynov və N.Babayev hadisə yerində ölüb, S.Orucov isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31