Bakıda iki nəfər evdə yandı
1 May 2013 14:30 KriminalBakıda mənzildə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 30-da saat 18.25 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbə sakini Rəqsanə Hacıyevaya məxsus evdə yanğın baş verib. Nəticədə 12 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, R.Hacıyevanın xəsarət almış azyaşlı oğlu Eminağa və qohumu Balasəf Hacıyev isə xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31