Əsəbi zəif adamlar bu xəbəri oxumasınlar...

Yük qatarı qarşısına çıxan minik avtomobilini 20 metr sürüyüb

Ötən gecə Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Rayonun Heydər Əliyev prospektində qeydə alınan avtoqəza zamanı minik maşını yük qatarı ilə toqquşub. Hadisə zamanı paytaxt sakini 26 yaşlı Şiriyev Elvin Elman oğlunun metronun Koroğlu stansiyasındən şəhər istiqamətində idarə etdiyi "Toyota" markalı avtomobil qəfildən qatarın yoluna daxil olub və nəticədə yük qatarı onu təxminən 20 metr məsafəyə qədər sürüyüb.Sürücünün diqqətsizliyi onun canı bahasına başa gəlib və o aldığı xəsarətlərdən sükan arxasında dünyasını dəyişib. Qəzanın baş verdiyi ünvana Nizami rayon polis idarəsinin, rayon prokurorluğunun və dəmir yolu nəqliyyatında baş polis idarəsinin əməkdaşları gəlib. Qatarın altında möhkəm ilişib qalan avtomaşını çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri də cəlb olunub. Çətinliklə də olsa, avtomaşını qatarın altından çıxarmaq mümkün olub.Baş vermiş yol qəzası ilə əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır. Hadisənin səbəblərinə gəlincə, şahidlərin fikrincə, dəmir yolu xəttinin keçdiyi ərazidə hər hansı xəbəredici işıqların və nişanların, eləcə də səs siqnallarının olmaması burada bu cür halların tez-tez baş verməsinə gətirib çıxarır. Hər dəfə də qatarlar xəbərdarlıq edilmədən yola daxil olur. Bu dəfə də əlində xəbəredici bayraq olan nəzarətçi hər bir iş bitdikdən və yalnız avtomaşına ilişib qalmış vaqon lokomotiv vasitəsilə dartılan zaman peyda oldu. ANS
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31