Bakının mərkəzində quldurluq hadisəsi
1 May 2013 13:45 KriminalBakı şəhərinin Nəsimi rayonu ərazisində quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində Rəşad və Nicat adlı şəxslər paytaxt sakini 27 yaşlı Məhməd Novruzova hücum edib. Həmin şəxslər gənc oğlanın başına dəmir parçası ilə zərbələr endirib, daha sonra isə cibində olan pulları götürərək aradan çıxıblar.
M.Novruzov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar zəruri tədbirlər həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31