Şampun qabından telefon çıxdı

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucəli Nadir oğlu Vəliyevə vətəndaş Ravil Mahmud oğlu Şahverdiyevin gətirdiyi sovqata baxış keçirilən zaman şampun qablarının içərisində sellofana bükülərək gizlədilmiş 2(iki) ədəd Nokia" mobil telefon aparatı, 1(bir) ədəd "Sim" danışıq kartı, 17 (on yeddi) ədəd narıncı rəngli "Tramadol" dərmanının həbləri, digər sellofana bükülərək gizlədilmiş xalis şəkisi 0,175 qr. olan narkotik maddə - "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31