Bakıda ağır qəza: 28 yaşlı oğlan öldü

Mayın 1-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan-Zığ yolunda 1985-ci il təvəllüdlü Mahmudov Elçin Müzəffər oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxıb və işıq dirəyinə çırpılıb. Nəticədə 28 yaşlı sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.Faktla əlaqədar Suraxanı RPİ-də araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31