Avtomaşın qaçırmış Quba sakini tutulub

Quba rayonunun Aşağı Atuc kəndi ərazisindən kənd sakini Zümrəddin Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb. 

"Azadinform" xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün Qusar rayonunun Bədirqala kəndinin ərazisində əzilmiş vəziyyətdə tapılıb, avtomaşını qaçırmış Aşağı Atuc kənd sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Hüseynov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31