Sabirabadda polisi qətlə yetirən ömürlük cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfəri qətlə yetirməkdə təqsirləndirilərək həbs olunan Sabirabad rayon sakini Gülhüseyn Abıyevin məhkəməsi başa çatıb. "OLAYLAR"-ın məlumatına görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gülhüseyn Abıyev ömürlük azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin avqustun 31-də, saat 3 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.
Qaragünə kənd polis bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev münaqişəni sakitləşdirmək məqsədi ilə hadisə yerinə gəlib. Polis Gülhüseyn Abıyevdən sakitləşməyi tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan Gülhüseyn Abıyev ov tüfəngindən atəş açaraq onu və Azad Zeynalovu qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31