Rektorun dələduz köməkçisinə 4 il həbs cəzası verildi
12 İyun 2012 18:36 KriminalLənkəran şəhər Məhkəməsində Lənkəran Dövlət Universiteti (LDU) rektorunun dələduzluqda ittiham olunan köməkçisi Emin Şahzadənin və Ramil Hüseynovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə Emin Şahzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ramil Hüseynov 200 manat məbləğində cərimə edilib. İttihama görə, Lənkəran rayonun Əşlə kənd sakini Emin Şahzadə LDU rektorunun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alıb. Ramil Hüseynov ona bu əməldə kömək edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31