Cadu-piti alverçiləri tutuldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinin beyənlxalq hava limanında gömrükçülər iki asiyalını tutublar.  Milli.Az "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, onlar BƏƏ-yə cadu-piti ayinləri üçün nəzərdə tutulmuş 1000 əşyanı qaçaq yolla keçirməyə çalışıblar. Müsadirə edilən əşyaların arasında boyunbağılar, qara magiya kitabları, ayin bıçaqları, qan nümunələri, heyvan dərisi və sümükləri, balıq skeletləri və s. olub. BƏƏ qanunvericiliyi ölkə ərazisində cadugərliyi qəti qadağan edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31