İrandan Azərbaycana narkotika daşıyan 10 il cəza aldı
12 İyun 2012 18:05 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Vaqif Zeynalovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Zeynalov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Vaqif Zeynalov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31