Narkotacirin cəzası yüngülləşmədi

Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Niyaz Kazımovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə OLAYLAR"a məhkəmədən məlumat verilib . Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaz Kazımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Niyaz Kazımov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31