Biləsuvarda qanlı olay

49 yaşlı kişi həmkəndlisini vurdu

Biləsuvar rayonunun Aranlı kəndində bıçaqlanma baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Hüseyin Musa oğlu Şahmarov həmkəndlisi 1955-ci il təvəllüdlü Rafiq Zabit oğlu Əsədova aralarında yaranmış şəxsi münasibətlər zəminində bədən nahiyyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. Rafiq ağır vəziyyətdə Biləsuvar Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onu dərhal əməliyyat ediblər.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Həmkəndlisini bıçaqlayan Hüseyin Şahmarov polislər tərəfindən gec-tez yaxalanacağını anladıqdan sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31