Prokurorluq mal-qara oğruları ilə bacarmadı
Məhkəmə oğru dəstənin cəzasını ağırlaşdırmadı
12 İyun 2012 18:04 KriminalŞəki Apelyasiya Məhkəməsində oğurluqla məşğul olan Rac Bəkirov, Sahib Mahmudov, Güləli Olamidze və Elşən Qafurovun cəzalarının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, baş Prokurorluğun protesti təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Bəkirov 9 il, S. Mahmudov 9 il, G. Olamidze 8 il, E. Qafurov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu ildən fəaliyyət göstərən dəstə üzvləri Zaqatala rayon sakinləri, Kamran Məhərrəmovun həyətindən 10 baş qoyun, İmran Ağababayev həyətindən 1 baş inək, Ağdaş rayon sakinləri, Füzuli Abdullayevin həyətindən 1 baş, bu ilin yanvar ayının 24-də isə İnqlab Qasımovun həyətindən 2 baş inək oğurlayıblar.Dəstə üzvlərinin əməli nəticəsində 40-dan çox şəxs zərərçəkən olub.
Dəstə üzvlərindən ilk olaraq Sahib Mahmudov və Rac Bəkirov oğurluq etmək istəyərkən iş başında tutulublar. Onların ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, çoxsaylı cinayət əməllərinin üstü açılıb.