İrandan ölkəmizə tiryək gətirən saxlandı
30 Aprel 2013 12:56 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Şaiq Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlkumata görə, baxış zamanı ondan sintetik narkotik vasitə sayılan 4 ədəd metadon adlı həb, eləcə də 1 ədəd bükümdə xalis çəkisi 2,013 qram olan tiryək aşkar edilərək götürülüb. Qeyd edək ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir və 4 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31