Rusiyada oğurlanmış azərbaycanlı biznesmenin oğlu ilə bağlı şok təfərrüat

20 yaşlı gəncin ailəsindən 700 min dollar pul tələb edilib

Ruiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamnının oğlu oğurlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 20 yaşlı gənc restoran sahibi və nəqliyyat şirkəti sahibinin övladı olur. Gənc oğlana görə, onu qaçıranlar 700 min dollar pul tələb ediblər. Azərbaycanlı gənc yaşadığı evin yaxınlığında aprelin 18-də qaçırılıb.
Onun qohumları dərhal polisə müraciət ediblər. Onun oğurlayanlar və harada saxlandığı müəyyən edilib. Xilasetmə əməliyyatı nəticəsində cinayətkar qrupun rəhbəri- 60 yaşlı residivist 60 yaşlı Rafiq Canbaxış oğlu Mirzoyev öldürülüb. Onun 3 əlaltısı isə saxlanılıb.
Məlumata görə, qrupun tərkibində həmçinin əvəllər məhkum edilmiş 45 yaşlı İqor Qraçeyev, Rusiyada qanunsuz yaşayan azərbaycanlılar Ruslan Hacısəlimov və Samir Abdullayev olub.
Məlumata görə, oğurlanan gənc xilas edilən zaman isitmə sisteminə zəncirlə bağlanıbmış. Zərərçəkənin sözlərinə görə, ona daima güclü təsirə malik dərmanlar verilib, o döyülüb və ölümlə təhdid edilib.
Saxlanılan şəxslərlə bağlı cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31