Avtobus sürücüsü 15 yaşlı qızı zorladı

Həminşəxs sonradan qızın atasını bıçaqlayıb

Türkiyədə avtobus sürücüsü zorladığı 15 yaşlı qızın atasını da bıçaqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus sürücüsü olan 22 yaşlı M.T. "Facebook" sosial şəbəkəsində 15 yaşlı G.K. ilə tanış olub. Sonradan qızla münasibətləri yaxşılaşdıran sürücü bir gün qızla görüş təyin edib. Qızla görüşə çıxan M.T. onu avtobusla gəzməyə çıxarıb. Qızı yaxınlıqdakı meşəliyə gətirən sürücü orada qızı şantaj etməyə başlayıb."Əlimdə çılpaq fotoların var. Həmin şəkilləri ailənə və dostlarına göndərəcəyəm", - deyə qızı təhdid edən M.T. onu zorlayıb. Hadisədən 2 ay sonra qız zorlandığını ailəsinə danışıb. Qızın atası Ali K. polisə şikayət edib. M.T. isə qızın atasından şikayəti geri götürməyi tələb edib və mübahisə edib. Mübahisə davaya çevrilib. Daha sonra qızın atasına bir neçə bıçaq zərbəsi vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31