DİN Bakıdakı dəhşətli qəzada ölənlərin adlarını açıqladı

Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adlarını açıqlayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 28-də saat 23.20 radələrində Sabunçu rayonu Maştağa şossesində qəsəbə sakinləri Ramiz Məcidovun idarə etdiyi "VAZ-21015" markalı və  Tərlan Pənahovun idarə etdiyi "Reno" markalı avtomaşınlar toqquşub. Nəticədə  hər 2 sürücü və T.Pənahovun sərnişini Çingiz Pənahov hadisə yerində ölüb, R.Məcidovun sərnişinləri - Amidə Mehdiyeva, Xəyal Zülfüqarov və 45-50 yaşlı kişi isə xəstəxanaya yerləşdiriliblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31