Şirvanda dəhşət, şəhər sakini bir ailəni qanına boyadı

Şirvanda dəhşətli ailə dramı baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 28-də Şirvan şəhərində baş verib. Orada yaşayan Savalan Nəhmətov Maya Əliyevanın yaşadığı evə gəlib münaqişə zəminində bıçaqla onu qətlə yetirib, onun atası Rahilə, anası Aidəyə, sonra isə özünə də bıçaqla xəsarət yetirib. S.Nəhmətov, Rahilə və Aidə xəstəxanaya yerləşdiriliblər.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31