Bakının tanınmış ticarət mərkəzində oğurluq
29 Aprel 2013 17:00 KriminalBakıda tanınmış ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 25-də Nizami rayonu ərazisindəki "Lotos" ticarət mərkəzində baş verib. Ticarət mərkəzində Bakı şəhər sakini Rüfanə Nədirbəyliyə məxsus piştaxtadan 1 cüt qızıl sırğa oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Çiçək Rəhimova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31