Goranboyda dəhşət, kişinin başına qaya düşdü

Goranboyda ölümlə nəticələnən dəhşətli hadisə baş verib Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 27-də Goranboy rayonunun Ağcakənd kəndi ərazisində baş verib. Kənd ərazisindəki qayadan qopub düşən daş parçası kənd sakini Səxavəddin Qafarovun baş nahiyəsinə dəyib. Xəsarət almış S.Qafarov xəstəxanaya aparılarkən yolda ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31