Salyanda balıq tutan sumqayıtlı yıxılıb öldü
29 Aprel 2013 16:38 KriminalSalyanda balıq tutan Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 25-də Şirvan su kanalının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. Sumqayıt şəhər sakini Sevindik Əliyev balıq tutarkən başı dəmir parçasına dəyib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Əliyev aprelin 27-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31