Bakıda yeni doğulmuş oğlan uşağı tapılıb. Bu barədə Dasxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 25-də saat 23.00 radələrində baş verib. Nizami rayonu R.Rüstəmov küçəsindən yeni doğulmuş oğlan uşağı tapılıb. Yeni doğulan körpə Uşaq Elmi Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31