Goranboyda cəbbəxana aşkarlandı

Goranboyda bir kəndin ərazisindən xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, cəbbəxana iyunun 11-də aşkar edilib. Goranboy RPŞ əməkdaşları tərəfindən rayonun Yenikənd kəndi ərazisindən 1 ədəd "AKSU-74", 1 ədəd "AKM" silahları, 1 ədəd "TT" markalı tapança, 2 ədəd  "TOZ-8", 2 ədəd ov tüfəngi, 2067 ədəd müxtəlif çaplı patron və 11 ədəd patron darağı tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31