Goranboyda 1 yaşlı qız uşağı arxda boğulub öldü

Goranboyda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə iyunun 10-da Goranboy rayonunun Sarov kəndində baş verib. Kənd sakini, 2011-ci il təvəllüdlü  Aytəkin Rzayeva su arxına düşərək boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan 1 yaşlı Aytəkinin həyatını xilas etmək mümkün olmayıb. Uşaq su arxında boğulub ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31