Hacıqabullu narkotacir 1 kilo tiryəklə yaxalandı
12 İyun 2012 17:16 KriminalŞirvan şəhərində narkotika alverçisi külli miqdarda narkotika satarkən yaxalandı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, narkotacir iyunun 11-də yaxalanıb. Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul şəhər sakini, əvvəllər məhkum olunmuş Nəcəfqulu Xancanov 1 kiloqram 65 qram tiryəki satarkən tutulub. Onun evinə baxış zamanı 43 qram həşiş aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31