Bakının məhşur restoranında əxlaqsızlıq yuvası aşkarlandı

"Livinq Room" restoranının sahibi həbs edildi

Bakının məhşur restoranında əxlaqsızlıq yuvası aşkarlandı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 11-də baş verib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki "Livinq Room" restoran-klubda əxlaqsızlıq yuvası aşkar edilib. Əxlaqsızlıq yuvası təşkil etdiyinə görə orada işləyən Babək Axundov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31