Gülər Əhmədovanın ürəyinin EXO-kardioqram olunması üçün rəisə müraciət edilib

Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb

Vəkil Əfsər Talıbov hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından əziyyət çəkir: "Onun ürəyinin EXO-kardioqram olunması üçün Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova müraciət etmişəm".
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31