Bakıda dəhşətli faciə

Şəhər sakini avtomobili ilə birlikdə yanıb öldü

Bakıda sürücü avtomobili ilə birlikdə yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 22-də saat 06.00 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki 2 saylı Yataqxananın qarşısında baş verib.  "VAZ-2109" markalı avtomaşının yanar konstruksiyaları bütövlükdə yanıb. Yanğın söndürüldükdən sonra avtomaşının salonunda qəsəbə sakini Bəxtiyar Mehdiyevin yanmış meyiti aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31