Bakıda mütəşəkkil quldur dəstəsi yaxalandı

Bakıda quldurluqla məşğul olan mütəşəkkil qrup yaxalandı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyunun 11-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. 3 naməlum şəxs,  Bakı şəhər sakinləri Urfan Nəbiyevi və  Afiz Mamedovu bıçaqla hədələyib döyərək onlardan ümumilikdə 36 manat pul və şəxsi sənədlərini alıb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Kamal Həsənov, Dilqəm Musayev və Ozal Əliyev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31