Bakıda dəhşətli qəza, 3 nəfər öldü
29 Aprel 2013 12:57 KriminalBakıda dəhşətli qəza baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 29-na keçən gecə baş verib. "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "RENO" markalı 2 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 3 nəfər qəzada ölüb və "RENO" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılşıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib. Tərəfimizdən ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülüb. Əməliyyat saat 00:05-də başa çatıb.