Moskvada "silahlı" toy: 9 azərbaycanlı həbs edildi

Moskvada yalan xəbərə görə 9 azərbaycanlı tutuldu

Moskvada azərbaycanlıların küçədə atəş açması ilə bağlı məlumat əsasında əməliyyat keçirilib. Anspress-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, polisə sakinlərdən məlumat daxil olub ki, Varşava şossesində toy karvanından havaya atəş açılıb. Polis əməkdaşları içərisində 15-ə yaxın azərbaycanlı olan beş avtomobili saxlayıblar. 9 nəfər polis şöbəsinə aparılıb və bir qədər sonra onlardan 8-i azad edilib. Məlum olub ki, vətəndaşların polisə verdikləri məlumat yanlışdır və heç bir maşından atəş açılmayıb. Buna bamayaraq, sürücülərdən biri isə hələ də polisdədir. Onun maşınından bitki maddəsi ekspertizaya göndərilib. Ekspertizanın rəyinədək soydaşımız polis şöbəsində saxlanılacaq. Onun avtomobilindən 30 santimetr uzunluğunda və 5 santimetr diametrində fişəng aşkarlanıb.

-----------------
28.04.2013
20:06

Milli.Az İnterfax-a istinadən bildirir ki, Moskvanın Tsaritsıno səmtində toyda atəş açan şəxslər həbs olunublar.

Bu barədə Moskva DİN Baş idarəsindən məlumat verilib.

"Şahidlərin dediklərinə görə, Varşava şossesi ilə hərəkət edən toy karvanındakı bir neçə avtomobildən atəş açılıb. Həmin avtomobillər "Tsaritsıno" muzey-qoruğunun girişində saxlanılıb", - qurumun mətbuat katibi bildirib.

O qeyd edib ki, polis əməkdaşları hadisənin baş vermə şəraitini və atəş açanların şəxsiyyətinin araşdırırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31