İstanbulda 13 il axtarışda olan narkobaron saxlanılıb
27 Aprel 2013 14:05 KriminalDünən İstanbul təhlükəsizlik qüvvələri adı açıqlanmayan narkobaronu saxlayıblar. Bu barədə Trend şənbə günü "Sabah" qəzetinə istinadən məlumat verir.Həmin şəxs Türkiyə polisi tərəfindən 13 il ərzində axtarılıb. Onun saxlanılması üzrə əməliyyatda polisin narkotiklərlə mübarizə üzrə şöbəsinin xüsusi dəstəsi iştirak edib.Əməliyyat zamanı bir neçə vertolyot cəlb edilib. Saxlanılan şəxs dindirildikdən sonra məhkəməyə təhvil veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31