Polis şöbəsinə yeni rəis təyin edilib
27 Aprel 2013 13:56 KriminalKürdəmir rayonuna yeni polis rəisi təyin edilib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur.Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31