Keşlədə ev partladı

Hadisə nəticəsində bir nəfər xəsarət alıb

Bakıda yaşayış evində partlayış olub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsində təmir edilməkdə olan fərdi yaşayış evində qeydə alınıb. Qaynaq işləri zamanı balon partlayıb və nəticədə evdə usta işləyən, 39 yaşlı Əbülfət Tahirov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31