Kiyevdə iki erməniyə ömürlük həbs cəzası verildi
Onlar mebel sahibini qətlə yetirməkdə taqsırkar bilinirlər
26 Aprel 2013 18:08 KriminalUkraynanın paytaxtı Kiyevdə iki erməni şəxs ömürlük həbs cəzasına məhkum edilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, şəhər Appelyasiya məhkəməsinin qərarına görə, bunlar Svyatosinski rayonunda "4room" mebel hipermarketinin sahibi Şabab Aloyanın qətlinin sifarişçisi və icraçısıdır.
Şabab Aloyan 2009-cu ilin payızında elə marketdəcə qətlə yetirilmişdi. Hadisə zamanı mağaza rəhbərinin şəxsi mühafizəçiləri - "Titan" xüsusi xidmət orqanının iki əməkdaşı da ölüb.
Lakin atışma zamanı hücum edənlərdən birinin yaralandığı və sonradan öldüyü bildirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31