Bakıda qəfil partlayış, ev sahibi xəsarət aldı

Bakıda mənzildə qəfil partlayış olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də Xəzər rayonu Binə qəsəbəsinin ərazisindəki evlərdən birində baş verib. Həmin evdə yaşayan Elnur Bayramovun evində qaz balonunun nasazlığından ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış E.Bayramova xəstəxanada ilkin yardım göstərildikdən sonra buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31