Azərbaycanda məsul vəzifəli şəxslər barədə cinayət işi açıldı

İstintaq Tərtər Rayon Hərbi Prokurorluğunda aparılır

Azərbaycan Respublikasi Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində baş vermiş yanğın zamanı yanmış əsgərlər barədə məlumat yayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində baş vermiş yanğın hadisəsi zamanı müddətli hərbi xidmət hərbi qulluqçuları əsgər Xalıqov Bayram Rafiq oğlu və əsgər Musazadə Abbas Natiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Əsgər Abbas Musazadə aldığı yanıq xəsarətlərindən 25 aprel 2013-cü ildə ölüb.
Baş vermiş hadisə ilə əlaqədar həmin hərbi hissənin məsul vəzifəli şəxsləri barədə Tərtər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.2 (qulluğu səhlənkar yanaşma) maddəsilə cinayət işi başlanmış, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31