Gürcüstan vətəndaşını sel Azərbaycana gətirdi
FHN axtarışlara başladı
26 Aprel 2013 14:05 KriminalGürcüstanda çaya düşən şəxs Azərbaycan ərazisində axtarılır. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 25-də baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gürcüstan ərazisində 1 nəfər Qanıxçay (Alazan) çayına düşüb. Həmin şəxsin suyun axını ilə Azərbaycan ərazisinə keçdiyi ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Aviasia dəstəsinin helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və vasitələri dərhal axtarışlara cəlb olunub. Hələlik axtarışlar nəticə verməyib. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.