Gülər Əhmədovanın vəkillərinin sayı 4 oldu
26 Aprel 2013 13:45 KriminalBakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub. Lent.az-ın "Media forum"a istinadən verdiyi məlumata görə, sabiq deputatın ailəsi vəkil Oqtay Gərəkməzli ilə müqavilə imzalayıb.
Sabiq deputatın hüquqlarını vəkillər Raqif Mustafayev, Eldar Qədimi, Əfsər Talıbov da müdafiə edir.
Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31