Bakıda saxta 50 və 20 manatlıq əsginazlar aşkarlanıb

Bakıda saxta 50 və 20 manatlıq əsginazlar aşkarlanıb.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaryağdı küçəsində yaşayan Mirsadıx Sadıxzadədən 7 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq saxta əsginaz, yaşadığı evdən isə 26 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq saxta əsginaz, 6 ədəd rəngli qələm və kompyuter avadanlığı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31