Bakıda səfirliyin attaşesinə sataşdılar

Zərərçəkmiş polis bölməsinə müraciət edərək bildirib ki..

Bakının Yasamal rayonunda səfirlik maşını dağıdılıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin attaşesi Xosrov Sultan oğlu Mustafayevin idarə etdiyi D02922 dövlət nömrə nişanlı "Mercedes-Benz C120" markalı avtomobil naməlum şəxslər tərəfindən yararsız hala salınıb.Zərərçəkmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edərək bildirib ki, aprelin 24-də axşam saatlarında səfirliyə məxsus avtomobili İsmayıl bəy Qutqaşınlı küçəsi, 79 saylı binanın qarşısında saxlayıb. Səhəri gün maşınını şüşələri sındırılmış və əzilmiş halda görüb. Maşının şüşələri sındırılsa da, içərisindən heç nə aparılmayıb.Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31