Vaflinin içindən heroin çıxdı
25 Aprel 2013 17:42 KriminalPenitensiar xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 66.5 maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Israil oğlu Həsənzadəyə vətəndaş Tahir Zülfüqar oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman vaflinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 0,925 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.