Sumqayıtda mənzildə qumarxana aşkarlandı
25 Aprel 2013 16:02 KriminalSumqayıtda kirayəşin yaşayan şəhər sakini evində qumarxana təşkil edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri 3-cü mikrorayonda Qubadlı rayon sakini Şəmil Mikayılovun icarəyə götürdüyü mənzildə kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Mənzilə baxış zamanı kazino təşkili üçün 15 ədəd kompyuter dəsti, 1 ədəd modem, uduşa qoyulmuş 280 manat pul və digər əşyalar aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31